İranda koronavirusdan ölənlərin sayı 108 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 108 mini ötüb
# 01 sentyabr 2021 13:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 599 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 108 393 nəfərə yüksəlib.

Son 24 saat ərzində ölkədə 33 170 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda COVID-19-a yoluxanların sayı 5 025 233 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR