İranda prezident seçkiləri dövründə terror aktı planlaşdıran qrupun 5 üzvü məhv edilib

İranda prezident seçkiləri dövründə terror aktı planlaşdıran qrupun 5 üzvü məhv edilib
# 23 iyun 2021 13:43 (UTC +04:00)

İranın Kürdüstan əyalətində prezident seçkiləri dövründə terror aktı planlaşdıran qrupun 5 üzvü məhv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusundakı (SEPAH) mənbələr məlumat verib.

Bildirilib ki, Kürdüstan əyalətində əməliyyat zamanı beş terrorçu məhv edilib, üç terrorçu isə yaralanıb.

Terrorçulara məxsus silah-sursat götürülüb.

Qeyd edilib ki, onlar prezident seçkiləri dövründə bir sıra terror aktları və təxribatlar həyata keçirməyi planlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR