İranda təlim təyyarəsində qəza baş verib, ölənlər var

İranda təlim təyyarəsində qəza baş verib, ölənlər var
# 01 iyun 2021 14:39 (UTC +04:00)

İran Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsində qəza baş verib, ölənlər var.

APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə Xuzistan əyalətinin Dezful şəhərindəki dördüncü bazada qeydə alınıb.

Belə ki, F-5 təlim təyyarəsində uçuşdan öncə katapult sistemi gözlənilmədən işə düşüb və nəticədə təyyarədə olan hər iki pilot həyatını itirib.

Qeyd edək ki, bu, son iki ay ərzində İranda təyyarələrdə katapult sisteminin gözlənilmədən işə düşdüyü ikinci hadisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR