İranda yol qəzasında 4 nəfər ölüb

İranda yol qəzasında 4 nəfər ölüb
# 04 noyabr 2021 11:01 (UTC +04:00)

İranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, qəza Şimali Xorasan əyalətində, Manə və Səmləqan magistral yolunda qeydə alınıb.

Yük maşını minik avtomobili ilə toqquşub, qəza nəticəsində 4 nəfər ölüb.

Qəzaya səbəb kimi yolun sürüşkən olması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR