İranın Ali Rəhbərinə “Covİran Bərəkət” peyvəndinin ikinci dozası vurulub - FOTO

İranın Ali Rəhbəri Seyid Əli Xamenei

© APA | İranın Ali Rəhbəri Seyid Əli Xamenei

# 23 iyul 2021 11:20 (UTC +04:00)

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli “Covİran Bərəkət” peyvəndinin ikinci dozası vurulub.

APA-nın Tehran bürosunun xəbərinə görə, ayətullah Xameneiyə İran istehsalı peyvəndin ilk dozası iyun ayının 25-də vurulub.

Qeyd edək ki, İranın Ali Rəhbərinə xarici ölkələrin istehsalı olan COVID-19 peyvəndi vurdurmaq təklif olunub, lakin o, bundan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR