Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var
# 17 noyabr 2021 01:18 (UTC +04:00)

Malayziya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gecə saatlarında qəzaya uğrayıb.

APA “Bernama” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində bir əsgər ölüb, digəri yaralanıb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, “Hawk 108” markalı hərbi təyyarə Hərbi Hava Qüvvələrinin Penanq ştatındakı bazanın ərazisində qəzaya uğrayıb.

Kral Hərbi Hava Qüvvələri insidentlə bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR