Misirdə qatarla avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb

Misirdə qatarla avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb
# 22 iyun 2021 02:17 (UTC +04:00)

Misirdə yük qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA “El Watan” informasiya portalına istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Kamel əl-Vəzir bildirib.

Nazir qeyd edib ki, avtobus tekstil fabrikinin işçilərini daşıyırmış.

Hadisə ilə bağlı xüsusi komissiya tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, bu il Misirdə bir neçə oxşar dəmir yolu qəzası baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR