NATO Baş katibi və Əfqanıstan Prezidenti arasında telefon danışığı olub

Əşrəf Qani, Yens Stoltenberq

© APA | Əşrəf Qani, Yens Stoltenberq

# 27 iyul 2021 12:54 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Əfqanıstan Prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq "Twitter"də bildirib.

"Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət olduqca narahatedicidir və danışıqlar yolu ilə həll tələb edir. NATO, Əfqanıstana dəstək verməyə davam edəcək, bura maliyyə, mülki mövcudluğun saxlanılması və ölkə xaricində təlimlər də daxildir", - deyə NATO Baş katibi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR