Kabil hava limanında terror aktına görə məsuliyyət “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzərinə düşür.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Politico” nəşri ABŞ Administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən xəbər yayıb.
Qəzetin yazır ki, partlayışı İŞİD üzvü olan terrorçu-kamikadze törədib.
Digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, “Taliban” terror aktı nəticəsində 13 nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını bildirib. Ölənlər arasında uşaqlar da var.