"Taliban" əfqanıstanlıları Kabil hava limanına buraxmır

"Taliban" əfqanıstanlıları Kabil hava limanına buraxmır
# 26 avqust 2021 01:17 (UTC +04:00)

“Taliban” Kabil hava limanına girişi Əfqanıstan vətəndaşlarına bağlayıb, ora yalnız xarici vətəndaşlar daxil ola bilər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban”ın mədəniyyət məsələləri üzrə komissiyasındakı mənbə bildirib.

Onun sözlərinə görə, “yerli sakinlər hava limanının qarşısında qəbuledilməz iğtişaş törədiblər və buna görə də bütün qapılar bağlanıb”. O əlavə edib ki, “xarici vətəndaşlığı olan əfqanıstanlılara giriş növbəti bildirişə qədər bağlı olacaq”.

Şahidlərdən birinin “RİA Novosti”yə verdiyi məlumata görə, silahlılar səfirliklərin maşınlarını girişdə saxlayırlar və onlara əfqan həmkarlarını götürüb hava limanına aparmağa icazə vermirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR