Türkiyədə bu gün 122 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 122 nəfər COVID-19-dan həyatını itirib
# 31 may 2021 22:15 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 122 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 461 nəfər test edilib, onların 6 min 493-nün koronavirus testi pozitiv nəticə verib, 9 min 582 nəfər sağalıb, min 339 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 527 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 249 min 404 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 114 min 624 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR