Türkiyədə bu gün koronavirusdan 207 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 207 nəfər ölüb
# 01 dekabr 2021 00:43 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 207 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 359 420 nəfər test edilib, onların 25 216-nın koronavirus testi pozitiv nəticə verib, 24 498 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 390 651 peyvənd tətbiq edilib ki, bunun 90,64 faizi birinci, 81,29 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR