Türkiyədə bu gün koronavirusdan 209 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 209 nəfər ölüb
# 30 oktyabr 2021 02:18 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 209 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 373 nəfər test edilib, onların 24 409-nun koronavirus testi pozitiv nəticə verib, 30 846 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 123 219 peyvənd tətbiq edilib ki, bunun 89,18 faizi birinci, 78,24 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR