Türkiyədə bu gün koronavirusdan 231 nəfər həyatını itirib

Türkiyədə bu gün koronavirusdan 231 nəfər həyatını itirib
# 23 may 2021 00:08 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (covid-19) 231 nəfər ölüb.

Apa-nın yerli bürosunun xəbərinə görə, bu barədə türkiyənin səhiyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, türkiyədə gündəlik statistikaya əsasən, covid-19 infeksiyası ilə əlaqədar 216 min 658 nəfər test edilib, onların 8 min 697-nin koronavirus testi pozitiv nəticə verib, 14 min 472 nəfər sağalıb, mın 876 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 71 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 178 min 648 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 13 min 111 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR