Türkiyədə bu gün koronavirusdan 51 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 51 nəfər ölüb
# 27 iyul 2021 22:12 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 51 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 246 min 648 nəfər test edilib, onların 19 min 761-nin koronavirus testi pozitiv nəticə verib, 7 min 108 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 68 milyon 681 min 744 peyvənd tətbiq edildiyi qeyd olunub.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twıtter” səhifəsində infeksiya sayında artımdan ciddi narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR