Türkiyədə bu gün koronavirusdan 62 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 62 nəfər ölüb
# 18 iyun 2021 00:20 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 62 nəfər olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 225 min 064 nəfər test edilib, onların 5 min 904-nün koronavirus testi pozitiv nəticə verib, 4 min 143 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 860 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 min 12 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 354 min 862 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 219 min 797 nəfəri müalicə olunaraq evə buraxılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR