Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
# 04 avqust 2021 04:25 (UTC +04:00)

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Qrinviç vaxtı ilə saat 20:33-də (Bakı vaxtı ilə 00:33) qeydə alınıb. Zəlzələnin episentri Honsü adasındakı Hasaki yaşayış məntəqəsindən 120 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR