Yəmən üsyançıları Mərib şəhərinə ballistik raketlər atıblar - YENİLƏNİB

Yəmən üsyançıları Mərib şəhərinə ballistik raketlər atıblar - <span class="red_color">YENİLƏNİB</span>
# 11 iyun 2021 05:37 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarları tərəfindən ölkənin mərkəzi hissəsindəki Mərib şəhərinə atılan ballistik raketlərin partlaması nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə “Aden Al-Ghad” xəbər portalı şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 27 nəfər yaralanıb.

Bildirilir ki, hücumda iki ballistik raket və iki pilotsuz uçuş aparatından (PUA) istifadə olunub. Yaşayış sahələri və yerli bazar da daxil olmaqla mərkəzi məhəllələrə iki raket düşüb. Şəhər qadın həbsxanası da atəşə məruz qalıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı 5 nəfərin ölməsi və bir neçə insanın yaralanması barədə xəbər vermişdi.

Bir sıra Yəmən KİV-nin verdiyi məlumata görə, partlayışlardan sonra təcili tibbi yardım briqadaları əraziyə gedib. Lakin onlar hadisə yerinə gəldikləri zaman partlayıcı quraşdırılmış bir PUA hücum edib.

***

Saat 22:14

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının tərəfdarları tərəfindən ölkənin mərkəzi hissəsində yerləşən Mərib şəhərinə bir neçə ballistik raket atılıb.

APA xəbər verir ki, bu barədə “Aden Al-Ghad” xəbər portalı şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, eyniadlı əyalətin inzibati mərkəzi olan şəhərdə bir neçə raket partlayıb. Onlardan ikisi mərkəzi məhəlləyə düşüb.

Bundan bir qədər əvvəl “Reuters” yerli sakinlərə istinadən şəhərin mərkəzində güclü partlayış eşidildiyini bildirmişdi.

“Al Arabiya” telekanalının verdiyi məlumata görə, raket zərbələri nəticəsində beş nəfər ölüb, onlarla adam yaralanıb. Telekanal şəhərə dörd ballistik raketin düşməsi barədə xəbər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR