Azərbaycan milli komandası maliyyə problemi ilə üzləşib
03 dekabr 2008 11:04 (UTC +04:00)
Azərbaycanın üzgüçülük üzrə milli komandası dekabrın 11-də Xorvatiyanın Riyeka şəhərində start götürəcək Avropa çempionatına qatılmayacaq. Yığmanın baş məşqçisi Vaqif Nəsibovun apasport.az saytına verdiyi məlumata görə, buna səfər xərcləri üçün maliyyənin ayrılmaması səbəb olub.
Qitə birinciliyi təqvim planına daxil edilsə də, federasiya rəhbərliyi mövsümün son ciddi yarışında iştirak etməməyi məqsədəuyğun sayıb. Belə olan halda, idmançılarımız dekabrın 14-dək davam edəcək birinciliyin mükafatları uğrunda mübarizədən kənarda qalıblar.
Qeyd edək ki, üzgüçülərimiz indiyədək Avropa və dünya çempionatları, o cümlədən digər rəsmi yarışlarda medal qazanmağı bacarmayıblar.

Atletika
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024
Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
19:22
20 aprel 2024
Azərbaycanın Dünya Kubokunda iştirak edəcək gimnastları müəyyənləşib
16:08
16 aprel 2024