Almaniyada koronavirusa gündəlik yoluxma sayı son altı ayda rekorda çatıb

Almaniyada koronavirusa gündəlik yoluxma sayı son altı ayda rekorda çatıb
# 10 oktyabr 2020 13:10 (UTC +04:00)

Almaniyada son sutka ərzində 4 721 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bu, 18 aprel tarixindən bəri ən yüksək göstəricidir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin tabeliyində olan Robert Kox İnstitutu açıqlama yayıb.

İnstitut bildirir ki, son sutka ərzində 15 nəfər koronavirusun qurbanı olub.

Ümumiyyətlə, Almaniyada indiyədək COVID-19-a 319 381 nəfər yoluxub, 9 604 nəfər ölüb.

Qeyd edək ki, Almaniyada ən yüksək yoluxma səviyyəsi martın sonu və aprel ayının əvvəlində müşahidə olunub – sutkada 6 mindən çox yoluxma qeydə alınıb. Daha sonra yoluxanların sayı azalmağa başladı və artıq may ayında ölkədə tətbiq olunan məhdudiyyətlərin götürülməsinə start verildi. İyul ayından etibarən isə koronavirusa yoluxanların sayı yenidən artmağa başladı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR