Batumidə koronavirusa yeni yoluxma ocağı yaranıb

Batumidə koronavirusa yeni yoluxma ocağı yaranıb
# 02 sentyabr 2020 12:20 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Acarıstan İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yoluxanlardan 21-i eyni qənnadı mağazasında işləyən işçilərdir. Yoluxmalardan 3-nün isə mənbəyini müəyyən etmək mümkün olmayıb.

Batumidə yeni epidemiya ocağının yaranmasına münasibət bildirən Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze qeyd edib ki, şəhərdə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq kütləvi COVİD-19 testlərinə başlanılacaq. O, ölkədə daxili turizmin canlanması ilə əlaqədar olaraq yoluxma hallarının daha da artmasının istisna edilmədiyini bildirib. Baş nazir Giorgi Qaxaria isə bildirib ki, epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Batumidə sərt karantin rejiminin tətbiq edilməsi planlaşdırılmır.

Qeyd edək ki, vətəndaşların pulsuz testlər verməsi üçün Batuminin bir sıra nöqtələrində çadırların qurulmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR