Bolqarıstan parlamenti buraxılacaq

Bolqarıstan parlamenti buraxılacaq
# 05 may 2021 12:43 (UTC +04:00)

Bolqarıstanda parlament seçkiləri keçiriləcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

O deyib ki, yeni seçki komissiyasının tərkibi mayın 11-də tamamlanacaq və sonra prezidentin qərarı ilə parlament buraxılacaq. İyulun 11-də yeni parlament seçkiləri keçirilənə qədər müvəqqəti keçid hökuməti qurulacaq.

Qeyd edək ki, aprelin 4-də Bolqarıstanda parlament seçkilər keçirilib, lakin fikir ayrılığına görə yeni hökumətin qurulması üçün üç cəhd də uğursuz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR