Fransada koronavirusdan sağalan xəstələrin sayı artmaqdadır

Fransada koronavirusdan sağalan xəstələrin sayı artmaqdadır
# 14 aprel 2020 07:16 (UTC +04:00)

Fransada koronavirusdan 14 967 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazar günü axşamdan bəri 24 saat ərzində ölənlərin sayı 574 nəfər artsa da, reanimasiya şöbələrində ağır xəstələrin sayı 24 nəfər azalaraq 6821-ə düşüb. Ardıcıl beşinci gündür ki, bu temp davam edir.

Epidemiya başlayandan xəstəxanalarda 9588 xəstə ölüb, qocalar evlərində isə yaşlı 239 insan dünyasını dəyişib.

Qeyd edək ki, epidemiya başlayandan Fransada 35435 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR