Fuat Oktay: "Mövzu xalqımızın müstəqilliyidirsə, bu, müharibəyə səbəb olmayacaqmı?"

Fuat Oktay: "Mövzu xalqımızın müstəqilliyidirsə, bu, müharibəyə səbəb olmayacaqmı?"
# 29 avqust 2020 14:24 (UTC +04:00)

"Mövzu xalqımızın müstəqilliyi, istiqlalı və mənafeyidirsə, bunun savaşa səbəb olmayacağını düşünürsüz?"

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik, bu məsələdə Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı qərəzə yol verməsinə mövqe bildirərkən belə deyib.

Fuat Oktay Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin öz mənafeyini qoruyaraq geri çəkilməyəcəyini vurğulayıb: "Biz ədalət gözləyirik. Şərq Aralıq dənizində Türkiyəyə aid olan hər kvadrat metrə, hər kubmetrə görə öz hüququmuzu qoruyacağıq. Egey dənizi də daxil olmaqla Türkiyə öz mənafeyindən heç bir halda vaz keçməyəcək. Çox təəssüf ki, Türkiyəyə haqsız hücumlara Avropanın ədalətli mövqe nümayiş etdirməsini heç xatırlamırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR