Gürcüstanda koronavirusa yoluxan daha bir şəxs sağalıb

Gürcüstanda koronavirusa yoluxan daha bir şəxs sağalıb
# 15 mart 2020 11:16 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənən daha bir şəxs sağalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisidə fəaliyyət göstərən İnfeksion Xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Bildirib ki, İrandan qayıdan şəxsin koronavirusla bağlı analizlərinin cavabı mənfi olub.

“Xəstədən 24 saat ərzində təkrar analizlər götürüləcək və əgər virus aşkarlanmasa tam sağalmış hesab ediləcək”, - deyə M. Ezuqbaya bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxmanın təsdiqləndiyi 50 yaşlı etnik azərbaycanlının da sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR