Gürcüstanda koronavirusa yoluxanların sayı 1336 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1336 nəfərə çatıb
# 16 avqust 2020 11:53 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1336 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7597 nəfər karantində saxlanılır, 249 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1088 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR