Gürcüstanda koronavirusa yoluxanların sayı 243 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 243 mini keçib
# 13 yanvar 2021 10:56 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 618 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 243 255, ölənlərin sayı isə 2 846 nəfərə çatıb.

Virusa yoluxanlardan 227 611 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR