Gürcüstanda koronavirusa yoluxanların sayı 25-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 25-ə çatıb
# 12 mart 2020 17:26 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 25 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı rəsmi internet saytında məlumat yerləşdirilib. Məlumata əsasən hazırda ölkədə 295 nəfər karantində saxlanılır.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da İrandan Azərbaycan vasitəsi ilə qayıdan şəxsdə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR