Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 988 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 312 445 ölənlərin sayı isə 4 151 nəfərə çatıb.
Virusa yoluxanlardan 293 052 nəfərin sağaldığı bildirilir.