Gürcüstanda koronavirusa yoluxanların sayı 35 nəfərə çatıb - YENİLƏNİB

 Gürcüstanda koronavirusa yoluxanların sayı 35 nəfərə çatıb - YENİLƏNİB
# 17 mart 2020 11:28 (UTC +04:00)

Gürcüstanda daha bir nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından bildirilib. Bununla da ölkədə virusa yoluxanların sayı 35 nəfərə çatıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 1008 nəfər karantində saxlanılır.

***

11:04

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 34 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Hazırda ölkədə karantində saxlanılanların sayı isə 1008 nəfərdir.

Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR