Gürcüstanda koronavirusa yoluxanların sayı 73-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 73-ə çatıb
# 25 mart 2020 10:17 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 73-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var. Virusa yoluxmuş şəxslərdən 9-u artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR