Gürcüstanda meşə yanğını başlayıb

Gürcüstanda meşə yanğını başlayıb
# 08 mart 2020 23:06 (UTC +04:00)

Gürcüstanın Ozurgeti rayonunun Vakijvari kəndi yaxınlığında meşə yanğını baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, yanğınsöndürmə işlərinə Quria, Acara, Sameqrelo-Zemo Svaneti rayonlarından təxminən 100 yanğınsöndürən cəlb edilib.

Gürcüstan Parlamentinin spikeri Arçil Talakvadze bildirib ki, meşə yanğını hazırda 10 hektar ərazini əhatə edir.

Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətindən isə bildirilib ki, zərurət olduğu təqdirdə Sərhəd Polisinə məxsus helikopter yanğınsöndürmə işlərinə cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR