İspaniyada son sutkada koronavirusdan 229 nəfər vəfat edib

İspaniyada son sutkada koronavirusdan 229 nəfər vəfat edib
# 08 may 2020 14:33 (UTC +04:00)

İspaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 229 nəfər vəfat edib.

APA-nın “El Pais” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İspaniyada koronavirusdan ölənlərin sayı 26299 nəfərə çatıb.

İspaniyada indiyə kimi xəstəliyə yoluxanların sayı 222857, koronavirusdan sağalanların sayı isə 131148 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR