İtaliyada bir sutkada rekord sayda insan koronavirusdan sağalıb

İtaliyada bir sutkada rekord sayda insan koronavirusdan sağalıb
# 06 may 2020 20:36 (UTC +04:00)

Son 24 saat ərzində İtaliyada yeni növ koronavirusa (COVID-19) yoluxduqdan sonra müalicə olunaraq sağalan insanların sayı 8014 nəfər olub ki, bu da bütün epidemiya dövründə rekord rəqəm hesab olunur.

APA “TASS”-a istinadən xəbər verir ki, Mülki Müdafiə Departamentinin hesabatına görə, müalicə olunanların ümumi sayı 93 245-ə çatıb.

İtaliyada koronavirus infeksiyasına yoluxma halları gündəlik olaraq yenidən artıb və 1444 nəfər təşkil edib, ötən gün 1075 yoluxmuşdu. Bununla da ölkədə epidemiya başlayandan bəri virusa yoluxanların ümumi sayı 214 457 nəfərdir.

Bununla yanaşı, son bir gündə koronavirusun yaratdığı xəstəlikdən 369 nəfər ölüb ki, bu da 236 ölüm faktının qeydə alındığı bir gün öncəki göstəricidən yüksəkdir. Ölkədə virusdan ölənlərin ümumi sayı isə 29 684-ə çatıb.

Rəsmi məlumata görə, xəstələrin sayı 91 528 nəfərə ünib, onlardan 1333 nəfəri reanimasiya şöbələrində müalicə olunur. 74,4 mindən çox insan evdə özünütəcrid şəraitində müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR