Londonda G7 ölkələrinin XİN başçılarının görüşü keçirilir

#
# 13:43
4 may 2021

Londonda G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın xəbərinə görə, iki ildən sonra ilk dəfə XİN başçılarının iştirakı ilə baş tutan görüş Londonun mərkəzində - Lançester iqamətgahında keçirilir. 

Görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Yaponiya, Fransa XİN başçıları, ABŞ dövlət katibi və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi iştirak edir. 

Görüşdə Çinlə münasibətlər, Myanma, Liviya və Suriyada son vəziyyət müzakirə olunacaq. 

Görüşün ikinci yarısında Rusiya, Ukrayna və Belarusla bağlı sessiya keçiriləcək.

Nazirlərin görüşündə Əfqanıstanla bağlı müzakirələr də aparılacaq. 

Xatırladaq ki, ötən il G7-yə ABŞ sədrlik edirdi. Lakin COVID-19 pandemiyası ilə əlaqədar XİN başçıları səviyyəsində görüş və liderlərin sammiti onlayn formatda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR