Londonda aksiya iştirakçıları polisə hücum edib

Londonda aksiya iştirakçıları polisə hücum edib
# 13 iyun 2020 23:42 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtında keçirilən etiraz aksiyalarında aksiya iştirakçıları polisə hücum çəkib.

APA-nın Britaniya bürosunun "BBC"-yə istinadən verdiyi xəbərə görə, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda keçirilən aksiyalar zamanı bir qrup sağçı fəallar polisin 17:00-da aksiyanı bitirməklə bağlı çağırışlarına məhəl qoymayıblar. Onlar polisə şüşə və plastik qablar atıb, daha sonra isə hücum edbilər.

Böyük Britaniyanın Baş Naziri Boris Conson polisə hücum edən hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib. O, yürüşlər və etirazlar zamanı mövcud qaydaların pozulduğunu, irqçi xuliqanlığa Britaniyada yerin olmadığını deyib.

Polis verdiyi açıqlamada zorakılıq, polisə hücum, silah daşıma səbəbindən beş nəfərin saxlanıldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR