Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonundakı terror aktında zirehli avtomobilə raket hücumu edən daha 2 terrorçu zərərsizləşdirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədəTürkiyənin Daxili İşlər naziri Süleyman Soylu "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, keçən həftə bu hadisədə günahsız insanları qətlə yetirən 3 terrorçu da zərərsizləşdirilib.
Qeyd edək ki, bu il martın 2-də Doğubəyazitin Gürbulak Gömrük Məntəqəsinə aid zirehli avtomobilə edilən raket hücumu nəticəsində iki nəfər ölüb, 30-dək insan yaralanıb.