Türkiyə və ABŞ Liviya ilə bağlı məsləhətləşmələrin ekspertlər səviyyəsində davam etdirilməsinə razılıq veriblər

#
# 06:11
17 avqust 2020

Ankara və Vaşinqton Liviyadakı vəziyyətlə bağlı ekspert səviyyəsində məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə Dominikan Respublikasında baş tutan danışıqlardan sonra bildirib.

“Pompeo ilə Liviyadakı vəziyyəti müzakirə etdik və bu mövzuda məsləhətləşmələri ekspert səviyyəsində davam etdirmək qərarına gəldik. Biz, həmçinin Aralıq dənizindəki geoloji araşdırma ilə bağlı qanuni fəaliyyətimiz barədə Pompeo ilə söhbət apardıq”, - Çavuşoğlu belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR