“Qaziantepdə reanimasiya şöbəsində baş verən hadisə hamımızı üzüb”.
APA-nın məlumatına görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb: “Yanğından təsirlənən digər xəstələr təcili yardım əməkdaşları tərəfindən yaxın ərazilərdəki xəstəxanalara köçürülüblər. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Hadisəni yaxından izləyirik”.
***
10:40
Türkiyənin Qaziantep bölgəsində xəstəxanada güclü yanğın olub.
APA-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, SANKO Universitetinin xəstəxanasının COVİD xəstələrinin yatdığı reanimasiyasında baş verən yanğın zamanı 8 nəfər vəfat edib.
Xəstəxanadan verilən açıqlamada bildirilir ki, reanimasiyada müalicəsi davam edən digər xəstələr müxtəlif xəstəxanalara köçürülüb: “11 xəstə yaxınlıqdakı digər xəstəxanalara köçürülüb. Müvafiq qruplarımız hadisə yerində lazımi tədbirləri görür və araşdırmalar davam edir”.