“Wizzair” şirkəti Gürcüstana uçuşları dayandırıb

“Wizzair” şirkəti Gürcüstana uçuşları dayandırıb
# 15 mart 2020 05:42 (UTC +04:00)

Macarıstanın lou-kost aviaşirkəti “Wizzair” Gürcüstana uçuşları dayandırıb.

APA-nın yerli bürosu xəbər verir ki, şirkət koronavirusla əlaqədar martın 16-dan aprelin 3-dək Gürcüstan, Avstriya, Fransa, Almaniya və İspaniyaya uçuşları dayandırdığını açıqlayıb.

Ləğv edilən biletlərə görə müştərilərin ödənişlərinin 100%-nin geri qaytarılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR