Zelenski: “Putinlə istənilən vaxt və yerdə görüşməyə hazıram”

Zelenski: “Putinlə istənilən vaxt və yerdə görüşməyə hazıram”
# 26 aprel 2021 14:39 (UTC +04:00)

“Rusiya Prezidenti Vladimir Putinlə istənilən zamanda və istənilən yerdə görüşməyə hazıram”.

APA-nın “Lenta.Ru”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Financial Times”a bildirib.

O bəyan edib ki, Putinlə Donbasda vəziyyətin sabitləşdirilməsi məsələsini müzakirə etmək istəyir. V. Zelenskinin sözlərinə görə, ölkəsi görüşün keçiriləcəyi məkan yox, müzakirə ediləcək məsələlər prioritet təşkil edir.

Ukrayna lideri onu da vurğulayıb ki, özlərini “Donetsk və Luqansk respublikalarının rəhbərləri” adlandıran şəxslərlə görüşmək fikrində deyil.

Aprelin 20-də Ukrayna Prezidenti rusiyalı həmkarı Vladimir Putini danışıqlar masası arxasına dəvət edib. Buna cavab olaraq, Putin rəsmi Kiyevin danışıqları Donetsk və Luqansk rəhbərləri ilə aparmalı olduğunu bildirib: “Ukrayna liderini Moskvaya yalnız ikitərəfli münasibətlərin müzakirəsi üçün dəvət edə bilərəm”.

Qeyd edək ki, Rusiya Prezidentinin bu bəyanatından sonra Ukrayna rəsmi səviyyədə V. Zelenskinin Moskvaya səfərinin mümkünsüz olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR