Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanlayıb

#
# 11:21
30 sentyabr 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, məktubdaTürkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edilib. 

Məktubda bildirlib ki, Türkiyə, Şərqi Aralıq dənizinin beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.

Qeyd edək ki, məktub Yunanıstan və Şimali Kipr xaric Aİ-yə üzv olan digər ölkə rəhbərliklərinə ünvanlanıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR