Ərdoğan Milli Suverenlik və Uşaq Bayramının 100 illiyi münasibətilə təbrik mesajı ünvanlayıb

Ərdoğan Milli Suverenlik və Uşaq Bayramının 100 illiyi münasibətilə təbrik mesajı ünvanlayıb
# 22 aprel 2020 19:24 (UTC +04:00)

"Şanlı tariximizin ən vacib rəmzlərindən biri olan Türkiyə Böyük Millət Məclisi milli iradəmizin əbədilik təzahürü olacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramının 100 illiyi münasibətilə paylaşdığı mesajında belə bildirib.

Prezident qeyd edib ki, uşaqların və gənclərin çiyinlərində yüksələn Türkiyə onların dinamizmi və enerjisilə daha böyük hədəflərə çatacaq: “23 Aprel 1920-ci il ruhu, müstəillik əzmimiz, birlik və bərabərliyimizə olan inancızımla birgə gələcək nəsillərə ötürülən ən böyük əmanətimizdir. Quruluşundan bu yana, Türkiyə Böyük Millət Məclisi timsalında ölkəmizə xidmət etmiş bütün millət vəkillərimizə minnətdarlığımızı bildirirəm”.

“Türkiyə Böyük Millət Məclisinin rəhbəri, Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkü, bütün şəhid və qazilərimizi rəhmətlə yad edirəm. Bütün uşaqlarımızın və dünya uşaqlarının bu müstəsna bayramını ürəkdən təbrik edirəm", - deyə Türkiyə Prezidentinin təbrik mesajında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR