Ərdoğan: “Xarici işlər nazirimiz Dendiasa həddini bildirdi”

Ərdoğan: “Xarici işlər nazirimiz Dendiasa həddini bildirdi”
# 16 aprel 2021 15:25 (UTC +04:00)

Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasa həddini bildirdi.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin həllinə başqa ölkələrin müdaxiləsi arzuolunan deyil.

“Yunanıstanda 150 min soydaşımıza lazımi diqqət göstərilmir”, - deyə o vurğulayıb.

Ərdoğan Yunanıstanı Lozanna müqaviləsinin şərtlərini pozmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR