Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəlib

Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəlib
# 09 may 2021 09:58 (UTC +04:00)

Şotlandiyada Böyük Britaniyadan ayrılmağı dəstəkləyən partiyalar parlament seçkilərində qalib gəlib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, dünən axşam səslərin sayılması başa çatıb, hakim Şotlandiya Milli Partiyası və Yaşıllar Partiyası müvafiq olaraq  64 və 8 mandat qazanıblar.

Beləliklə, bu iki partiya parlamentdəki 129 yerdən 72-ni qazanıb.

Şotlandiya Milli Partiyasının lideri və Şotlandiya Baş naziri Nikol Stercen artıq bəyan edib ki, parlamentdə çoxluq qazanan partiyalar seçkiöncəsi vədlərini yerinə yetirməli və müstəqilliklə bağlı yeni referendum elan etməlidirlər.

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada keçirilən referendumda əhalinin 55 faizi Şotlandiyanın Böyük Britaniyadan ayrılmasının əleyhinə səs verib, 45 faiz isə müstəqilliyi dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR