Son beş gün ərzində 33 PKK terrorçusu məhv edilib

Son beş gün ərzində 33 PKK terrorçusu məhv edilib
# 16 iyul 2008 11:10 (UTC +04:00)
Ankara APA. Türkiyənin cənub-şərqində, Hakkari rayonu ərazisindəki Buzul dağlarında 11 PKK terrorçusu məhv edilib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Buzul dağlarında iyulun 13-də başlanan əməliyyatların davam etdiyinin, hərbi təyyarələr və vertolyotlardan da istifadə olunduğu əməliyyatda indiyədək 11 terrorçunun məhv edildiyini açıqlayıb. Şırnak rayonu ərazisindəki İncəbel dağlarında öldürülən 22 terrorçu ilə birlikdə son 5 gün ərzində məhv edilən PKK-çıların sayı 33-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR