Türk Tarix Qurumunun sədri Yusuf Halaçoğlu vəzifədən çıxarılıb

Türk Tarix Qurumunun sədri Yusuf Halaçoğlu vəzifədən çıxarılıb
# 23 iyul 2008 09:23 (UTC +04:00)
Ankara APA. Türk Tarix Qurumunun sədri, professor Yusuf Halaçoğlu vəzifədən uzaqlaşdırılıb. APA-nın xəbərinə görə, hökumətin bu qərarı dövlətin rəsmi yayım orqanı olan “Resmi gazete”nin bu gün çıxan sayında dərc olunub. Y. Halaçoğlu Qazi Universitetindəki müəllimlik vəzifəsinə geri dönüb. Onun vəzifədən çıxarılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Y. Halaçoğlu 1993-cü ildən bəri Türk Tarix Qurumuna rəhbərlik edirdi. O, ermənilərin soyqırım iddialarının yalan və uydurma olduğunu tarixi sənədlərlə sübuta yetirən görkəmli alimlərdən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR