Türkiyədə PKK-erməni qardaşlığı

Türkiyədə PKK-erməni qardaşlığı
# 25 iyul 2008 14:34 (UTC +04:00)
Batman – APA. Türkiyənin cənubi-şərqindəki Batman şəhərində separatçı yönümlü kürdlərdən ibarət Demokratik Toplum Partiyasının (DTP) təşkilatçılığı ilə konsert proqramı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, şəhər parkında keçirilən konsertdə Ermənistandan dəvət edilmiş 65 yaşlı sənətçi Aram Tiqran çıxış edib. Batmanda doğulmuş A. Tiqran erməni, kürd, türk və ərəb dillərində mahnılar oxuyub. Ötən il öldürülmüş “Aqos” qəzetinin baş redaktoru Qrant Dinkin xatirəsinə “Sarı gəlin”i oxuyan A. Tiqran “bura bizim atalarımızın və babalarımızın yurdudur”, deyib. Təxminən 2,5 saat davam edən konsertdə Türkiyə parlamentinin DTP-dən olan deputatları Ayla Akat Ata, Bengi Yıldız və eyni partiyanın üzvü, Batman bələdiyyəsinin sədri Hüseyn Kalkan da iştirak edib. Konsert zamanı PKK bayraqları və terror təşkilatının lideri Abdulla Öcalanın portretləri qaldırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR