Abdullah Gül: “Türkiyəyə qarşı ərazi iddiası irəli sürən Ermənistan prezidentinin əlini necə sıxmaq olar?”

Abdullah Gül: “Türkiyəyə qarşı ərazi iddiası irəli sürən Ermənistan prezidentinin əlini necə sıxmaq olar?”
# 04 sentyabr 2008 08:44 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan prezidenti Levon Ter-Petrosyanın mərhum prezident Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün Ankaraya gəlişini pisləyən Abdullah Gül iki ölkə arasında hər hansı münasibətlərin qurulmasını yolverilməz sayıb: “Görün, hökumət nə qədər təslimçi siyasət yürüdür ki, Ermənistan prezidenti bizim dövlət başçısının dəfn mərasiminə qatılmaq cəsarəti göstərir. Çünki o sizin nə qədər öz mənfəətini güdən olduğunuzu, ortada Türkiyənin dövlət maraqları olan zaman sizin qorxaq davranacağınızı, nə qədər üzüyumşaq olduğunuzu bilir və buna görə də cəsarət edərək Türkiyəyə gəlir. Mənə elə bir ölkə göstərin ki, qardaşlarınızla müharibə aparacaq, onları qətlə yetirəcək, bu cinayəti törədən zaman “bütün günahlar Türkiyədədir” deyəcək, qardaşlarımızı qətlə yetirərkən “Avropanın xəritəsi tam yerinə oturub, amma Yaxın Şərqin, Asiyanın xəritəsinin yenidən cızılmasına ehtiyac var” söyləməyə cürət edəcək, Qarsın Ermənistan torpağı olduğunu iddia edəcək və sonra həmin ölkənin prezidenti Türkiyəyə gələcək və siz də onun əlini sıxacaqsınız? Bu necə mümkün ola bilər?” Qeyd edək ki, on beş il əvvəl bu sözləri söyləyən Türkiyənin hazırkı prezidenti Abdullah Gülün sentyabrın 6-da Ermənistan-Türkiyə futbol maçını izləmək üçün İrəvana gedəcəyi dünən axşam qətiləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR