Nikola Sarkozi: “Oktyabrın 15-nə qədər Gürcüstan ərazisində Rusiya hərbçisi qalmayacaq”

Nikola Sarkozi: “Oktyabrın 15-nə qədər Gürcüstan ərazisində Rusiya hərbçisi qalmayacaq”
# 09 sentyabr 2008 09:03 (UTC +04:00)
Tiflis – APA. “Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasına dair Fransanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma irəliyə doğru addımdır”. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə Fransa prezidenti Nikola Sarkozi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. M. Saakaşvili bildirib ki, atəşkəslə bağlı qəti anlaşma Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etməsinə əsaslanmalıdır. O, Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təkrarlayıb: “Gürcüstan heç bir halda öz suverenliyindən və ərazilərinin bir hissəsindən imtina etməyəcək. Rusiya qoşunları nəzarət etdikləri ərazilərdən çıxmalıdır”. N. Sarkozi də Avropa Birliyinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edərək oktyabr ayına qədər bu ölkəyə AB dövlətlərindən 200 hərbi müşahidəçinin gələcəyini və həmin ayın 15-nə qədər Gürcüstan ərazisində Rusiya hərbçilərinin qalmayacağını söyləyib. O, Rusiyanın öz vədinə əməl edəcəyinə əminliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR